Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin rəsmi dövlət dəfn mərasimi bir çox beynəlxalq qonaqlar üçün açıqdır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə 6 minə yaxın insan, o cümlədən 100-dən çox xarici nümayəndə heyəti iştirak edəcək.

Məlumata görə, ABŞ-ın keçmiş prezidenti Barak Obama, Almaniyanın keçmiş kansleri Angela Merkel, Fransa lideri Emmanuel Makron və Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax Tokioya gələ bilərlər.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp da mərasimdə iştirak etmək istəyib, lakin onun səfəri şübhə altındadır, çünki Yaponiya tərəfi dəvətləri şəxslərə deyil, konkret dövlətlərə göndərib.