Rusiya mağazaları vaxtı keçmiş ərzaq məhsullarının satışına başlamağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb. 

Bildirilib ki, pərakəndə satış şirkəti Maqnit zibilxanalara göndərilən qida tullantılarının miqdarını, o cümlədən saxlama müddəti ötmüş məhsulları yem və gübrə istehsalçılarına satmaqla azaltmağı planlaşdırır.

Pərakəndə satış şəbəkəsinin məqsədi 2025-ci ilə qədər belə zibillərin miqdarını iki dəfə azaltmaqdır. Bunun üçün şirkət tədarükçülərdən alışlarını optimallaşdırmaq, məhsulları emal üçün ötürmək, həmçinin vaxtı keçmiş məhsulları qarşı tərəflərə satmaq niyyətindədir.

Ehtimal olunur ki, bu yolla şirkət öz xərclərini azaltmağı planlaşdırır.

Ağarza Elçinoğlu