Papa Fransiskin Vatikanda həftəlik çıxışı zamanı onu qorumaq vəzifəsi daşıyan İsveçrə qvardiyasının mühafizəçisi huşunu itirib.

"Unikal" xəbər verir ki,zZabitlər huşunu itirmiş mühafizəçini qaldıraraq onu VI Paulun çıxış etdiyi zalından çıxarıblar.

Onun aşağı qan təzyiqi səbəbindən huşunu itirdiyi bildirilib. Vatikanın sözçüsü qeyd edib ki, mühafizəçi "ehtimal ki , aşağı qan təzyiqi nəticəsində huşunu itirib " .

Bu gün Vatikanda temperaturun 36 dərəcəyə çatacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, İsveçrə Qvardiyası Roma Katolikləri, İsveçrə vətəndaşları və minimum boyu 147 santimetr olan 19-30 yaş arası 135 nəfərlik komandadan ibarətdir.

Mühafizəçilərin 26 aylıq vəzifə müddətində subay olması tələb olunur.