Əfqanıstanın paytaxtı Kabildə axşam namazı zamanı məsciddə törədilən partlayış nəticəsində azı 21 nəfər ölüb.

"Unikal" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hadisə zamanı beşi uşaq olmaqla 33 nəfər yaralanıb.

"Dünən məsciddə axşam namazı vaxtı partlayış baş verib. Nəticədə 21 vətəndaşımız şəhid olub, 33 nəfər yaralanıb", - deyə Kabil polisinin sözçüsü Xalid Zadran bildirib.

Ağarza Elçinoğlu 

xxx 

17.08.2022 / 20:39

Kabilin şimal-şərqində məsciddə törədilən partlayış nəticəsində azı 20 nəfər ölüb, çox sayda insan yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Əfqanıstanın güc strukturlarındakı mənbə Əl-Cəzirə telekanalı açıqlamasında bildirib. 

Partlayış haqqında təfərrüatlar hələlik verilməyib.