Çin Müdafiə Nazirliyi Rusiyada Hindistan, Belarus, Tacikistan və Monqolustanın da qatılacağı təlimdə Çin Xalq Azadlıq Ordusunun iştirak edəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Çin və Rusiya orduları arasında illik əməkdaşlıq planına və iki tərəfin razılığına əsasən, Çin Xalq Azadlıq Ordusu yaxın vaxtlarda təlimdə iştirak etmək üçün Rusiyaya qoşun yeridəcək.

Təlimdə Hindistan, Belarus, Tacikistan, Monqolustan və digər ölkələr də iştirak edəcək.