Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu 17.08.2022-ci il tarixdə DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib.

Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.