Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın cüdo millisi bürünc medal qazanıb.

"Unikal" xəbər verir ki, Azərbaycan millisi üçüncü yer uğrunda görüşdə Qırğızıstana 3:1 qalib gəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın kişi cüdo millisi finalda Türkiyə ilə qarşılaşacaq.