Meksikanın Tesopako şəhərinin Kurupako yolunda 5 nəfərin cəsədi tapılıb.

"Unikal" xəbər verir ki, Curupaco yoluna gələn polis qrupları, cəsədlərin biri uşaq olmaqla 5 nəfərə aid olduğunu müəyyən edib.

Araşdırmalar nəticəsində 5 nəfərin odlu silahla öldürüldüyü məlum olub.

Meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün Ədliyyə Tibb Xidmətinə aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.