Rusiya Baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı Əli Əsədova zəng edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.