Türkiyənin Kırşehir adlanan  ərazisində qəribə anlar yaşanıb.

"Unikal" xəbər verir  ki, S.A  adlı şəxs ondan ayrılan həyat yoldaşından qeyri-adi üzr istəyərək,  evə  dönməsini xahiş edib.  Belə ki, kişi həyat yoldaşından dəfələrlə  üzr istəsə də onun xanımı evə qayıtmayıb.  Bundan sonra S.A Kırşehirdə mərkəzi küçələrin birində plakatla aclıq aksiyası keçirdiyini bildirib.  

Kişi plakata, "Sevgilim, bağışla məni. Uşaqlarımız üçün mənə şans ver. Mən səhv edirəm, səhvimi başa düşdüm. Səni canımdan çox sevirəm. Sən qayıdana qədər aclıq aksiyası keçirəcəm" sözlərini yazaraq,  bağışlanmasını istəyib.  

Əraziyə sövq edilən polislər kişini bölməyə aparıblar.  İfadəsi alınan kişi daha sonra ailəsinə qovuşub.