"İran dəfələrlə bir çox kanallar vasitəsilə nüvə razılaşmasından asılı olmayaraq ABŞ tərəfinə məhbus məsələsi ilə məşğul olmağa hazır olduğunu bildirib. İran ABŞ-la məhbus mübadiləsi etməyə hazırdır. Lazım olanı edəcəyik". 

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani açıqlama verib.

O, bildirib ki, ABŞ-da günahsız olaraq mühakimə olunan İran vətəndaşlarının öz ailələrinə və evlərinə qayıtmalıdır: "ABŞ-ın hərəkətə keçmək və mövcud maneələri aradan qaldırmaq əvəzinə sadəcə İrana qarşı təbliğat aparması olduqca təəccüblüdür".

ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada İranda təhlükəsizlik səbəbi ilə həbsdə saxlanılan ikili vətəndaşların azad edilməsinə çağırıb. 

Ağarza Elçinoğlu