Rusiya Silahlı Qüvvələri müharibə başlanandan bəri Donetskdə 268 yaşayış məntəqəsini işğal edib.

"Unikal" xəbər verir ki, bu barədə qondarma respublikanın müdafiə qərargahı "Telegram" kanalında məlumat yayıb.

"17 avqust 2022-ci il tarixinə Donetsk Xalq Respublikası ərazisində DXR və LXR-in bir qrup qoşunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin silahlı dəstəyi ilə Verşina da daxil olmaqla 268 yaşayış məntəqəsini azad edib", - məlumatda deyilir.

Ağarza Elçinoğlu