Üsyançılar Taylandın cənubunda müsəlmanların çoxluq təşkil etdiyi 3 fərqli şəhərdə eyni vaxtda bomba və yandırma hücumları həyata keçirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr  Pattani, Narathivat və Yala bölgələrində baş verib. 

Tailand ordusunun sözçüsü Pramote Promin ölkənin cənubunda yerləşən sözügedən şəhərlərdəki 17 nöqtəyə hücum edildiyini açıqlayıb.

Hadisələr zamanı 3 mülki vətəndaşın da yaralandığı qeyd olunub. 

Ağarza Elçinoğlu