Avqustun 16-da Sabunçu RPİ 12-ci Polis Şöbəsinə rayon ərazisində 2 nəfərin Sabunçu qəsəbə sakini S.Hüseynova küt alətlə xəsarət yetirərək onun 108 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.

DİN-dən "Unikal"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Göygöl rayon sakini Ə.Əliyev və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş N.Abbaslı saxlanılıb.  

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.