Avstraliyanın keçmiş baş naziri Skott Morrison vəzifədə olduğu müddətdə gizli fərmanlarla özünü beş nazirliyə rəhbər təyin edib. 

"Unikal"  xəbər  verir ki, bu barədə "The Guardian"  nəşri məlumat yayıb. 

Qeyd olunur ki, 2020-ci ilin martından 2021-ci ilin mayına qədər Morrison baş nazir postundan əlavə özünü səhiyyə, maliyyə, sənaye, elm, energetika, daxili işlər və xəzinədarlıq naziri təyin edib. Üstəlik, nəinki ictimaiyyətə, hətta bəzi hallarda hətta hökumət üzvlərinə də bu təyinatlar barədə məlumat verilməyib.

Hazırda Avstraliya parlamentinin üzvü olan Morrisonun özünə görə, bu, koronavirus pandemiyası zamanı fövqəladə hallar zamanı ehtiyat tədbiri kimi lazım idi.

“Morrisonun bu nazirliklərin heç birinə rəhbər təyin edilməsi ilə bağlı rəsmi ictimai açıqlama yoxdur. Özünü təyin etməsi ona lazım bildiyi təqdirdə bu mühüm sahələrdə qərarlar vermək hüququ verib. Bu, onu ali arbitr etdi, baxmayaraq ki, hökumətdə çox az adam onun belə səlahiyyətlərə malik olduğunu bilirdi”, - KİV bildirib. 

Sabiq baş nazir artıq hökumətdəki həmkarlarından üzr istəyib, əməllərini nazirlikləri “qorumaq” zərurəti ilə izah edib.

“Sonra vəziyyət çox sürətlə inkişaf etdi. Heç birimiz mükəmməl deyilik. O zaman bunda pis heç nə görünmürdü”, - deyə eks-baş nazir qeyd edib.

Gülayə  Mecid