Rusiyanın Rostov vilayətininn  Rostov-na-Donu şəhərində yerləşən "Yantarnı" ticarət kompleksinin ərazisində güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi regional idarəsinin məlumatında deyilir.

 Məlumata görə, yanğın mağalarının anbarlarından birində başlayıb və sahəsi 1500 kvadratmetr olub. 

Yanğının söndürülməsinə 118 nəfər canlı qüvvə və 39 texnika cəlb olunub. Gecə başlayan yanğını yalnız səhər saatlarında lokallaşdırmaq mümkün olub. 

Bildirilib ki, yanğın nəticəsində ölən və yaralanan yoxdur.

Ağarza Elçinoğlu