Türkiyə Sahil Mühafizəsi Yunanıstanın ərazi sularından Türkiyə sahilləri istiqamətində zorla çıxarılan 65 qeyri-qanuni miqrantı xilas edib.

"Unikal" xəbər verir ki, Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, ölkənin qərbində İzmir vilayətinin Dikili və Çeşmə rayonları sahillərində miqrantlar xilas edilib.

Bildirilir ki, qeyri-qanuni miqrantlar şişmə qayıqlarla Yunanıstan sahillərinə çatmağa cəhd ediblər.

Xilas edilən və saxlanılan bütün miqrantlar miqrasiya xidmətinin regional şöbəsinə aparılıb.