Amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın alması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. Milyarder bunun sadəcə zarafat olduğunu vurğulayıb. 

***08:58

“Space X” və Tesla şirkətlərinin sahibi olan amerikalı sahibkar İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq niyyətində olduğunu bildirib.

"Unikal" xəbər verir ki, Mask bu barədə “Twitter“ hesabında məlumat yayıb.

O, ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlı fikirlərinə münasibət bildirərkən, “Bundan başqa, mən “Mançester Yunayted”i alıram”,- deyə paylaşımında bildirib.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.