İtaliyada Napoli komandasının nigeriyalı hücumçusu Viktor Osimhenə qarşı irqçi şüarlar səsləndirməsinə görə istintaq başladılıb.

"Unikal" xəbər verir ki, İtaliya Serie A Liqası Rəhbərliyindən edilən yazılı şərhdə, Hellas Veronanın Napoli ilə qarşılaşdığı matçda Napolinin nigeriyalı hücumçusu Osimhenin ev sahibi tərəfdarlar tərəfindən irqçi şüarlar səsləndirməsi səbəbiylə istintaq açıldığı bildirilib.

Qeyd olunub ki, Hellas Verona klubu tərəfdarlarının regional ayrı-seçkiliyə və Napoliyə qarşı təhqiramiz şüarlara görə 12 min avro cərimələnib.