Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon Əliyaqublu kəndi  ərazisindən  keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə "Mercedes Vito" markalı sərnişin daşıyan avtomobil toqquşub. Qəza zamanı 1965-ci il təvəllüdlü İlham Böyükkişiyev,1 999-cu il təvəllüdlü Gündüz Abbasov və 2005-ci il təvəllüdlü İlahə İmanzadə xəsarət alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov