Kanadanın Kvebek əyalətində yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq iddiası ilə 88 katolik keşişinə qarşı iddia qaldırılıb.

"Unikal" Radio-Canada-ya istinadən xəbər verir ki, Kvebek Baş yeparxiyasına qarşı açılan iddiada bir çox keşiş cinsi təcavüzdə ittiham olunur.

Cinsi təcavüzdə günahlandırılanlar arasında o vaxtkı Kvebek arxiyepiskopu, hazırda Vatikanda kardinal kimi xidmət edən Mark Oullet də var. Kvebek Baş yeparxiyasına qarşı açılan iddiada 101 qurbanın cinsi təcavüzə məruz qaldığı ifadə edilib.

Sinif iddiası 1940-cı ildən bəri yeparxiya üçün işləyən kahinlər və digər işçilər tərəfindən əksəriyyəti azyaşlı olan 100-dən çox cinsi təcavüz qurbanını təmsil edir. Hal-hazırda Vatikanda kardinal kimi xidmət edən və Papa Fransiskin potensial varisləri arasında adı hallanan keçmiş Kvebek arxiyepiskopu Mark Ouelletin adı ilk dəfədir ki, bu cür hüquqi prosesdə hallanır. 

Sənədlərdə "F" kimi tanınan qurban Radio-Canada-ya bildirib ki, keçmiş Kvebek arxiyepiskopu Mark Oullet onu cinsi istismar edib.

Mark Oullet 2003-cü ildə Kvebek arxiyepiskopu təyin edilib.

Qadınlarla münasibətləri digər keşişlər tərəfindən qeyri-münasib hesab edilən Oullet daha sonra kardinallığa yüksəlib. Oullet 2010-cu ildə Romaya geri çağırılıb və yeni yepiskopların seçilməsindən məsul olan Vatikanın Yepiskoplar Departamentinə təyin olunub.