BMT baş katibinin sözçüsü Stefan Düjarrik baş katiblə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında danışıqların çox yaxşı məcrada getdiyi bildirib. 

"Unikal" RİA Novostiyə istinadən xəbər verir ki, Quterreşlə Şoyqu ilə Qara dənizdə taxıl təşəbbüsünü, eləcə də müqavilənin Rusiya taxıl və gübrələri üçün dünya bazarına çıxışın asanlaşdırılmasını nəzərdə tutan məsələləri müzakirə ediblər. 

"Baş katib dünən müdafiə naziri Sergey Şoyqu ilə çox yaxşı söhbət etdi. Müzakirələr zamanı Qara dənizdə taxıl təşəbbüsü məsələsi, eləcə də müqavilənin Rusiya taxıl və gübrələri üçün dünya bazarına çıxışın asanlaşdırılmasını nəzərdə tutan digər hissəsi qaldırılıb”, - Düjarrik paylaşıb.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş cümə axşamı Lvova səfər edəcək, burada Ukrayna və Türkiyə prezidentləri Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğanla görüşəcək . Görüş zamanı əsas müzakirə mövzularından biri Zaporojye AES ətrafında vəziyyət və Yelenovkadakı istintaq təcridxanasının atəşə tutulması ilə bağlı araşdırma olacaq. Quterreş Odessaya da səfər edəcək və 3 limandan birinə şəxsən baxış keçirəcək.