Məşhur cütlük Cennifer Lopez və Ben Afflekinn həftəsonu təmtəraqlı toyu olacağı ortaya çıxıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün özəl günü 3 gün davam edəcək. İlk gün yemek axşamı olacaq, ikinci gün toy, üçüncü gün isə piknik ediləcək.

Qeyd edək ki, onlar ötən ay səssiz-sədasız nikah masasına əyləşmişdilər. Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Onlar 17 illik ayrılıqdan sonra ötən il yenidən bir araya gəliblər.