İrəvandakı “Surmalu” topdan satış bazarında baş verən partlayışdan sonra başlayan yanğın söndürülüb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın avqustun 14-dən bəri 2 gün müddətində davam edib.

Hazırda partlayışda 16 nəfərin öldüyü, daha 3 nəfərin axtarışlarının davam etdirildiyi məlumdur.