İsveçrənin şokolad istehsalçısı "Lindt & Spruengli" (LISN.S) Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Rusiya bazarını tərk etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə  "Reuters" şirkətin bəyanatına istinadən məlumat yayıb.

Mart ayında Lindor şokolad topları və qızıl folqada Pasxa dovşanları ilə tanınan şirkət, mağazalarını bağlamaq və Rusiyaya çatdırılmanı müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.