Türkiyənin Birecik mahalında Çiçəkalan Sərhəd məntəqəsinə terror hücumu həyata keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Şanlıurfa valisi Salih Ayhan məlumat verib. 

Qeyd edilib ki, hücum zamanı 1 türkiyəli əsgər şəhid olub, daha 4 əsgər yaralanıb. 

Yaralılar helikopterlə xəstəxanaya çatdırılıb. 

Hücumdan sonra Türkiyə Silahlı Qüvvələri Ayn-El Arapdakı terror məntəqələrini atəşə tutub.

Ağarza Elçinoğlu