İspaniyanın müdafiə naziri Marqarita Robles Rusiya prezidenti Vladimir Putinin “elektrik kəsilməsindən beynəlxalq ictimaiyyətə qarşı yeni silah kimi istifadə edəcəyini və çətin qış olacağını” deyib.

"Unikal" xəbər verir ki, Marqarita Robless Burqosdakı Silahlı Qüvvələrin qərargahına səfəri zamanı mətbuata verdiyi açıqlamada Rusiyanın Ukraynaya hücumlarına və onun nəticələrinə qarşı “birlik və həmrəyliyə” çağırıb.

İspaniyalı nazir, "Rusiya prezidenti Putin enerji kəsimlərini beynəlxalq ictimaiyyətə qarşı yeni bir silah olaraq tətbiq edəcək. Bu, çətin bir qışın keçəcəyinə işarədir" , - deyib.