Hindistan əsgərlərini daşıyan avtobus Cammu və Kəşmirdə qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, hadisə nəticəsində 6 əsgər həlak olub.

Səlahiyyətlilər, avtobusun cənubdakı Pahalqam bölgəsində dağlıq yoldan keçərkən sürüşərək çaya düşdüyünü və çoxlu sayda yaralının olduğunu açıqlayıb.