Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb və danışıqlar aparıb,.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, nazirlər digər məsələlərlə yanaşı, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı məsələləri də müzakirə ediblər.

"Əsas sabitləşdirici amil bütün təmas xətti boyunca atəşkəsdir", - Rusiya hərbi idarəsinin rəisi danışıqlar zamanı bildirib.
 
Ağarza Elçinoğlu