Yük maşını Mingəçevirdə qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə İsmət Qayıbov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində baş verib. Belə ki, İsmət Qayıbov küçəsi ilə hərəkətdə olan yük maşını kəsişmədə yolun digər hissəsinə uzanan qaz xəttini və rabitə xəttini qırıb.

Qəza nəticəsində ərazidə xeyli sayda abunəçini qazsız və internetsiz qoyub.

Ehtiram Muradov