"Birqütblü dünya nizamı dövrü keçmişdə qaldı".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin 10-cu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılışındakı çıxışında deyib.

O, dünyada gərginliyin azaldılmasının yalnız çoxqütblü dünya sisteminin gücləndirilməsi ilə mümkün olacağını bəyan edib.

Rusiya Prezidenti bildirib ki, getdikcə daha çox ölkə və xalq öz şəxsiyyətlərinə, adət-ənənələrinə və dəyərlərinə əsaslanaraq azad, suveren inkişaf yolunu seçir.

Gülayə  Mecid