Finlandiyanın Rusiya sərhədi yaxınlığında yerləşən Lappeenranta şəhərinin küçələrində ukrayna dilində “Ukraynaya şöhrət” bannerləri peyda olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, şəhərdə ümumilikdə 24 belə banner quraşdırılıb.

İdeya yerli sakinlərin öz hesabına, Ukraynada baş verənləri ruslara xatırlatmaq və ukraynalıları dəstəkləmək sayəsində həyata keçirilib.

Layihənin müəlliflərindən biri də yerli deputat Yukka Kopradır.  Layihənin büdcəsi bir neçə min avroya çatıb və onun yarısını Kopra özü ödəyib.