"Ukraynada xüsusi əməliyyat ölkənin qərb sərhədlərində başa çatmalıdır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiya Şurası Beynəlxalq Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov bildirib. 

O, həmçinin qeyd edib ki, Ukrayna ərazisinin denazifikasiyadan təsirlənməyən istənilən bölgəsi anti-Rusiya layihəsi olaraq qalacaq: "NATO ölkələrindən öldürücü silahlar ora gəlməkdə davam edəcək, oradan azad edilmiş ərazilərə ölümcül "hədiyyələr" uçacaq, oradan neonasistlərdən təmizlənmiş bölgələrə təxribat və terrorçu qruplar göndəriləcək", - deyə o, öz "Telegram" kanalında yazıb. 

Ağarza Elçinoğlu