Estoniya əlavə hərbi yardım da daxil olmaqla, Ukraynaya dəstəyini davam etdirəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukraynanın səfiri Maryana Betsa ilə görüşündə  deyib.

Görüş zamanı səfir Estoniya Müdafiə Departamentinin rəhbərini Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində Ukraynadakı vəziyyət barədə məlumatlandırıb, həmçinin Estoniyanın göstərdiyi misilsiz hərbi yardıma görə minnətdarlığını bildirib.

"Nazir Hanno Pevkur təsdiq edib ki, Estoniya Ukraynaya, o cümlədən əlavə hərbi yardım vasitəsilə dəstəyini davam etdirəcək", - səfirlikdən bildiriblər.