Rusiyalı milyarder Roman Abramoviç Ukrayna müharibəsindən sonra Qərb dövlətlərinin rus oliqarxlarına tətbiq etdiyi sanksiyalardan xilas olmaq üçün bütün yaxtalarını Türkiyəyə gətirib.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir  ki, keçən yazda Türkiyə ərazi sularını seçən Abramoviç, nəhəng yaxtaları "Eclipse" və "Solaris"i Egey dənizinə köçürüb. Əvvəlki günlərdə Abramoviçə aid olduğu təxmin edilən 67 metr uzunluğundakı “Garcon” və 55 metr uzunluğundakı “Halo” yaxtaları da Göcek sahillərində görünüb.

Məlumata görə, Roman Abramoviç bütün yaxta parkını Türkiyəyə köçürüb. Egey sahillərində yenicə lövbər salan "Garcon" yaxtası su idmanları üçün səyahət mərkəzi kimi də istifadə olunur.

"Halo" yaxtası VIP tur gəmisi kimi istifadə olunur. İddialara görə, Abramoviç bu yaxtanı istifadə etmək üçün tanışlarına verir. Abramoviçin Atlantik okeanındakı adalardan Türkiyəyə gətirdiyi 4 lüks yaxtanın ümumi dəyərinin təxminən 1,2 milyard dollar olduğu təxmin edilir.

Gülayə Mecid 

Abramoviçin Türkiyədəki donanması

Abramoviçin Türkiyədəki donanması

Abramoviçin Türkiyədəki donanması