Krım yarımadasının şimalında sursat partladılıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilib ki, yarımadanın Mayskoye kəndi partlayışlar səbəbi ilə boşaldılır.

Qeyd olunub ki, partlayışların olduğu ərazi keçmiş təsərrüfatdır: "Bu, müvəqqəti hərbi yerləşdirmədir".

O, əlavə edib ki, Mayskoye sakinlərinin bir qismi öz avtomobilləri ilə kəndi tərk ediblər. Hələ kəndi tərk edə bilməyənləri isə səlahiyyətlilər avtobuslarla təxliyə edir. 

xxx

09:26

Rusiyanın işğalı altında olan Krımda transformator stansiyası yanıb. 

"Unikal" xəbər verir ki, bu barədə yarımadanın güc strukturlarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, stansiyada yanğın səhər güclü partlayışdan sonra başlayıb. 

Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov özünün "Telegram" kanalında bildirib ki, Cankoy rayonunun Mayskoye kəndində baş verənlərin bütün təfərrüatları dəqiqləşdirilir: "Mən hamıdan xahiş edirəm ki, versiyalar hazırlamasınlar, yaxın gələcəkdə ortaya çıxacaq rəsmi məlumatı gözləsinlər"

Ağarza Elçinoğlu