Rusiya FSB-nin agentləri adi turist adı altında Avropaya səfər edirlər. Ona görə də avropalılar öz təhlükəsizliklərinin qayğısına qalmalı və Aİ-yə daxil olmaq istəyənləri diqqətlə yoxlamalıdırlar.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir  ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavlo Klimkin TSN-ə müsahibəsində deyib. 

"Rusiyalı turistlər arasında nə qədər FSB agentinin olduğunu təsəvvür etmək çətindir. Bu barədə Brüsseldəki dostlarıma danışdım. İndi səfirliklər bu agentlərdən təmizlənib. Rusiyayönlü hesab edilən Bolqarıstan dərhal 70 diplomat göndərdi. İndi onlar turist kimi səyahət edəcəklər. İndi bir rus viza üçün müraciət edəndə avropalılar bu ərizəyə üç ay, altı ay baxsınlar. Yəni bu, təhlükəsizlik məsələsidir. Bu problemi həll etmək lazımdır”, - Klimkin izah edib. 

Xatırladırıq ki, rusların Qərb ölkələrinə girişinə tam qadağa qoyulması ideyası artıq bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənib. 

Gülayə  Mecid