Ukraynanın suverenliyini pozduğuna görə Rusiyaya qarşı iqtisadi sanksiyalar çərçivəsində Kanadada ümumilikdə Rusiyanın 413 milyon Kanada dollarından (təxminən 320 milyon dollar) dəyərində aktivləri bloklanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

"Rusiyaya qarşı Xüsusi İqtisadi Tədbirlər Aktı ilə müəyyən edilmiş qadağalara uyğun olaraq, Kanadada fevralın 24-dən avqustun 9-dək ümumilikdə 122,3 milyon Kanada dolları dəyərində aktivlər dondurulub və 290,7 milyon dollarlıq əməliyyatlar dayandırılıb”, - deyə KİV qeyd edib. 

Qeyd edək ki, Kanada bundan əvvəl Rusiya hesablarında olan və ya sanksiyaya məruz qalan şəxslərlə əməliyyatlarda iştirak edən 328 milyon dolları bloklayıb.

Xatırladaq ki, Kanada Rusiyanın neft-qaz sektoruna qarşı sanksiyalar tətbiq edib.

Gülayə  Mecid