ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı evinə basqınla bağlı sosial media hesabında paylaşım edib.

"Unikal" xəbər verir  ki, Tramp FTB-nin onun evində axtarış apararkən onun 3 pasportunu oğurladığını iddia edib. 

"Bu, ölkəmizdə siyasi rəqibə qarşı misli görünməmiş səviyyədə hücumdur", - Tramp tvitter hesabında yazıb.

Bildirək ki, avqustun 9-da keçmiş prezidentin Florida ştatındakı evində axtarış zamanı bəziləri çox məxfi olan 20 qutudan çox əşya tapılıb. 

Gülayə Mecid