Xırdalanda yaşayış binasının qarajında baş verən yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, yanğına binanın elektrik qutusundakı qısaqapanma səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və sakinlər təhlükəsiz əraziyə təxliyə ediliblər.

Yanğın 15 dəqiqə ərzində söndürülüb və bundan sonra sakinlər evlərinə qayıdıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

xxx

01:03

Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

“Unikal” oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində qeydə alınıb.

İlkin məlumata görə, partlayışa yaşayış kompleksindəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və bina sakinləri təhlükəsiz əraziyə təxliyə ediliblər.

Hələlik partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat yoxdur.