Türkiyə Müdafiə Nazirliyinin texniki heyəti Amerika tərəfinin dəvəti ilə F-16 qırıcılarının tezliklə modernləşdirilməsi və alınması məsələsini müzakirə etmək üçün ABŞ-a gedib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik xatırladıb ki, bundan əvvəl tərəflər bu mövzuda bir sıra məsləhətləşmələr aparıblar. Xüsusilə, danışıqlar 2021-ci ilin dekabrında, eləcə də 2022-ci ilin fevral və mart aylarında aparılıb.

ABŞ prezidenti Co Bayden iyun ayında Madriddə keçirilən sammitdə Türkiyəyə F-16 qırıcılarının potensial satışını dəstəkləyib .

Oktyabr ayında Türkiyə ABŞ-dan 40 Lockheed Martin F-16 döyüş təyyarəsi və mövcud döyüş təyyarələri üçün 80-ə yaxın təkmilləşdirmə dəsti almağı xahiş edib.