Dağıstanın Tsunta rayonunda toy şənliyi zamanı faciə yaşanıb. Belə ki, beton platformanın uçması nəticəsində bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Tsunta rayonunun Xaşarxota kəndində toy şənliyi zamanı 41 yaşlı yerli sakinin evində beton platforma və pilləkən uçub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 32 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 18-i xəstəxanaya yerləşdirilib. Daha sonra 59 yaşlı yerli sakin aldığı xəsarətlərdən dünyasını dəyişib”, - deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.