Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Unikal"  apa-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
İstismara verilməyən yolla qarşı istiqamətə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçən 30-35 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub.