Avqustun 15-də axşam saatlarında Gürcüstanda zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:47-də ölkənin cənubunda Adigen rayonunun Zoti kəndi yaxınlığında qeydə alınıb. Zəlzələ 3,2 bal gücündə olub.