İrəvanda “Surmalı” topdan satış bazarında partlayış zamanı itkin düşənlər siyahısında Rusiya Federasiyası vətəndaşı var.

"Unikal" xəbər verir ki, bu barədə keçirilən brifinqdə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.“Son məlumatlara görə, 17 nəfər itkin düşüb, onlardan biri Rusiya Federasiyası, digəri isə İran vətəndaşıdır.

TASS-ın müxbirinə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, itkin düşən Rusiya Federasiyasının vətəndaşı 1959-cu il təvəllüdlü Lyuba Qlebovadır.