İrəvanda “Surmalı” topdan satış bazarındakı partlayış nəticəsində axtarışda olan 6 İran vətəndaşından 5-i taılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirib: 

 “İran İslam Respublikası səfirliyinin nümayəndəsi bir az əvvəl mənə dedi ki, itkin düşdüyü iddia edilən 6 İran vətəndaşından 5-i Gürcüstandadır.

Hazırda itkin düşən vətəndaşların sayı 18-dir.

23:54

İrəvanda “Surmalı” topdan satış bazarındakı partlayış nəticəsində axtarışda olan vətəndaşların sayı 22-ə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində itkin düşənlərin arasında altı İran, bir Rusiya vətəndaşı da var.

20:25

İrəvanda “Surmalı” topdan satış bazarındakı partlayış nəticəsində axtarışda olan vətəndaşların sayı 21-ə çatıb. Məlumata görə, 5 nəfər İran vətəndaşıdır, onlardan biri uşaqdır.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yenilənmiş siyahıya əsasən, Mariam Fəthi (İİR vətəndaşı), Vania Fəthi (İİR vətəndaşı, 2016-cı il təvəllüdlü), Edris Fəthi (İRİ vətəndaşı, 2002-ci il təvəllüdlü), Kiomars Fəthi (İİR vətəndaşı, 1972-ci il təvəllüdlü) və Monire axtarışa verilib. Naderin (İran Respublikasının vətəndaşı, doğum tarixi göstərilməyib).

Xatırladaq ki, avqustun 14-də saat 13:23 radələrində “Surmalı” ticarət mərkəzində partlayış baş verib. Hazırda qurbanların sayı 7-dir, 12 zərərçəkənin müxtəlif xəstəxanalarda müalicəsi davam edir.

18:52

İrəvanda “Surmalı” topdan satış bazarındakı partlayışda daha 3 İran vətəndaşı itkin düşüb. 

"Unikal" xəbər verir ki, Ermənistan Fövqaladə Hallar Nazirliyi itkin düşənlərin siyahısını dərc edib. 

İtkin düşən İran vətəndaşları 2016-cı il təvəllüdlü Vanyan Saki, 2002-ci il təvəllüdlü Edras Saki və 1972-ci il təvəllüdlü Kiuma Sakidir.

 

Son məlumatlara görə, 17 nəfər itkin düşüb, onlardan biri isə Rusiya Federasiyası vətəndaşıdır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, itkin düşən Rusiya Federasiyasının vətəndaşı 1959-cu il təvəllüdlü Lyuba Qlebovadır. 

 

14:51

İrəvanda “Surmalı” topdan satış bazarında partlayış zamanı itkin düşənlərdən biri İran vətəndaşı Mehri Tahreridir

"Unikal" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Hazırda itkin düşənlərin sayı artaraq 8 nəfərə çatıb.

Ərazidə axtarış-xilasetmə işləri davam edir.