Serbiyanın Valyevo şəhərindəki Kruşik müdafiə zavodunda partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Zavod Serbiyanın paytaxtı Belqraddan 100 kilometr cənub-qərbdə yerləşir və ölkənin ən böyük müdafiə müəssisələrindən biridir.

Partlayış nəticəsində 40 yaşlı işçinin yaralandığı deyilir. 

Hazırda xilasretmə işləri davam etdirilir.