Ukrayna prezidenti Volodimir Zelenski Kiyev, Ternopil və Lvov vilayətləri üzrə Təhlükəsizlik Xidməti departamentlərinin rəhbərlərini vəzifədən azad edib.

"Unikal" xəbər verir ki, müvafiq sərəncamlar dövlət başçısının saytında dərc olunub. 

Belə ki, Artem Bondarenko SBU-nun Lvov vilayəti üzrə İdarəsinin rəisi vəzifəsindən azad edilib və SBU-nun Kiyev üzrə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Serhiy Zayatsı SBU-nun Kiyev və Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi vəzifəsindən,  Yuriy Boreyçuku isə Ternopil vilayətində SBU-nun rəhbəri vəzifəsindən azad edilib. 

Gülayə Mecid