Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, o, bununla bağlı öz “Twitter“ səhifəsində paylaşım edib.

"Ölənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram və faciə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm", - o yazıb.

Qeyd edək ki, İrəvanda “Surmalu” ticarət mərkəzindəki partlayış zamanı azı 6 nəfər ölüb, 16 nəfər itkin düşüb və 61 nəfər yaralanıb.