Yeni Zelandiya Ukraynaya hərbi yardım göndərəcək.

"Unikal" xəbər verir ki, bu barədə "The New Zealand Herald" nəşri məlumat yayıb. Bildirilir ki, yardımın məbləğini bu gün, avqustun 15-də ölkənin müdafiə naziri Peni Henare və Müdafiə Qüvvələrinin Baş Komandanı, Hava Marşalı Kevin Şort açıqlayacaq.

Qeyd edək ki, 2022-ci ilin fevral və mart aylarında Yeni Zelandiya hökuməti BMT-nin Ukrayna üzrə Humanitar Fonduna və BMT-nin Qaçqınlar Agentliyinə 1 milyon dollar ayırdığını elan edib.

Daha sonra mart ayında gülləkeçirməz jiletlər, dəbilqələr və yük boşaltma daxil olmaqla 5 milyon dollar məbləğində hərbi yardım göndərilib.

Gülayə Mecid